Sumqayıtda obyektdə yanğın baş verib. Bu haqda 13 aprel tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 200 kv.metr olan, bir dam altında tikilən, birmərtəbəli, müxtəlif təyinatlı obyektlərdən sahəsi 10 kv.metr olan tikilinin yanar konstruksiyaları, içərisində 4 ədəd soyuducu və əşyalar yanıb. FHN-in əməkdaşları tərəfindən digər obyekt yanğından mühafizə olunub. Alov söndürülüb.