Sumqayıtda lüklərlə bağlı narahatedici vəziyyət yaranıb.
Sumqayit24.az-a daxil olan məlumata görə, 45-ci məhəllədə yerləşən 14 saylı binanın həyətində, eləcə də 13-cü mikrorayon ərazisində piyadaların istifadə etdiyi yolda kanalizasiya lüklərinin qapaqları uzun müddətdir tam şəkildə bərpa olunmayıb. Belə ki, sözügedən lüklərin üzəri yarımçıq şəkildə örtülüb.
Bu cür vəziyyət isə xüsusilə gecə saatlarında vətəndaşların həyatı üçün risk daşıyır.
Şikayətçilər aidiyyəti qurumlardan mövcud problemin aradan qaldırılmasını tələb edirlər.