Sumqayıt-Ceyranbatan yolunda dayanacaq pis vəziyyətdədir. Bu barədə 1 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Sözügedən dayanacaq “SOCAR” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşir. Onun yan şüşəsi və dam örtüyü qırılıb. Şikayətçilərin dediyinə görə, problem illərdir ki, həll edilmir.
Bu səbəbdən qızmar və ya yağıntılı havada avtobus gözləyən insanlar narahatlıqla üzləşirlər.
[modula id="26152"]