Sumqayıt şəhərindəki 18 nömrəli məktəbdə “Əlaçı” intellektual oyununun seçim turu keçirilib.
Sumqayit24.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi ilə İctimai Televiziyanın birgə layihəsi olan oyun 9-cu sinif şagirdləri arasında təşkil olunub. Seçim turunda şagirdlər biliklərini və məntiqi düşünmə qabiliyyətlərini nümayiş etdirmək imkanı qazanıblar.