Sumqayıtda birmərtəbəli evdə yanğın olub. Sumqayıt24 bu haqda 1 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 90 kv.m olan tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. FHN-in yanğından mühafizə bölmələri alovu söndürüb. Yaxınlıqdakı tikililər mühafizə olunub.