“İstedad” liseyi təmir olunur. Bu barədə 22 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Təhsil ocağı Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşir. Burada genişmiqyaslı abadlıq işləri aparılır. Lisey binasının fasadı yenilənir, sinif otaqları və idman zalları təmir edilir, yeni pəncərə və qapılar quraşdırılır. Həmçinin liseyin istilik sistemi təzələnir.
İşlər Elm və Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə dəstəyi ilə görülür. [modula id="23654"]