Sumqayıtda fəaliyyət göstərən zavodun ixrac həcmi və dəyəri açıqlanıb. Sumqayıt24 bu barədə 19 sentyabr tarixində Azertag.az-a istinadən xəbər verir.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, “SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodu 8 ayda 45 min tondan çox polipropilen ixrac edib ki, bu da 64,3 milyon ABŞ dollarına bərabərdir.
Xatırladaq ki, ötən ilin müvafiq aylarında 75,8 milyon dollarlıq 56,9 min ton polipropilen ixrac edilib.