Hakim Zaur Hacıyev təlim keçirib.
Sumqayıt24 xəbər verir ki, görüşdə Sumqayıt Şəhər Məhkəməsi və Sumqayıt Ağır Cinayətlər Məhkəməsində fəaliyyət göstərən “Femida” könüllüləri iştirak ediblər. Onlara cinayət hüququ və cinayət-prosessual hüquq sahəsindən ətraflı məlumat verilib.
Təlimin sonunda könüllülərin sualları cavablandırılıb, onlara hüquqi biliklərin praktik tətbiqinə dair ətraflı izahlar verilib.