Sumqayıt bulvarında hərbi qulluqçuların təntənəli yürüşü və hərbi orkestrlərin nümunəvi çıxışları keçirilib.
Sumqayit24.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümünə həsr olunan tədbirdə Azərbaycan Ordusunun hərbi qulluqçuları marş sədaları altında addımlayarkən, hərbi orkestrlərin ifa etdiyi vətənpərvərlik ruhlu musiqilər vətəndaşlar tərəfindən böyük maraq və gurultulu alqışlarla qarşılanıb.