Sumqayıtda sahibsiz itin boynuna ip bağlanaraq süründürülməsi faktı aşkarlanıb. Bu haqda 17 iyul tarixində Sumqayıt24 xəbər verir.
Hadisə 1-ci mikrorayonda qeydə alınıb. İddiaya görə, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) işçisi heyvanı zəhərləyib, sonra boynuna ip dolayaraq zibil qutularına tərəf süründürüb.