Azərbaycan Dövlət Elmi-Tədqiqat Kimya İnstitutu hərraca çıxarılacaq.
Sumqayıt24 İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, müsabiqə oktyabrın 1-də keçiriləcək. Ləğv edilmiş Azərikimya Dövlət Şirkətinin tabeliyində olan dövlət müəssisəsinin ilkin (start) satış qiyməti 415.508 AZN təşkil edir. Bina Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşir.