Sumqayıtda, Bakı və Gəncədə kibertəhlükələrlə üzləşən internet istifadəçilərinin faizi açıqlanıb. Bu haqda Trend-ə istinadən xəbər veririk.
"Kasperski Laboratoriyası"nın Azərbaycandakı rəsmi nümayəndəsi Müşfiq Məmmədov "Azərbaycanda koronavirus pandemiyası dövründə kiberfırıldaqçılıq" adlı onlayn konfransda bildirib ki adıçəkilən şəhərlərdə, bu il ərzində 87 % istifadəçi kibertəhlükələrlə qarşılaşıb.
Ekspert, əlavə edib ki, 34 % hallarda dələduzlar lotereya uduşlarını, 25 % hallarda investisiya mənfəətini, 14 % hallarda isə sadə və mənfəətli sövdələşmədə iştirak etməyi təklif edib. Onların əsas məqsədi - kart məlumatlarnın alınmasını, kartdan karta köçürmələri, vətəndaşların ödəniş və fərdi məlumatlarını almağdır.