top
Sumqayıtda kompüter ustası nə qədər vergi və sosial ödənişlər etməlidir?
08 aprel 2025, 05:22
- ↺ +

Sumqayıtda kompüter ustası nə qədər vergi və sosial ödənişlər etməlidir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə baş mütəxəssisi Zəhra Yusifova kompüter təmiri ilə məşğul olan şəxslərin vergi və sosial öhdəliklərinə aydınlıq gətirib.

Haqqında bəhs edəcəyimiz fəaliyyət növü – kompüter təmiri ilə məşğul olan şəxslər üzrə vergi və sosial öhdəlikləri müəyyən edərkən öncə bu fəaliyyət növünün əsas mahiyyəti və hansı gəlir növünə aid olmasını aydınlaşdıraq. Fəaliyyət növünün öhdəliklərini müəyyən etmək üçün onun sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətinə aid edildiyini müəyyənləşdirmək vacibdir.

Vergiler.az xəbər verir ki, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Bu maddədən göründüyü kimi, qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir.

Hər hansı bir gəlirin vergi və sosial öhdəliklərinin müəyyən edilməsi zamanı onun hansı gəlir növünə aid olmasını aydınlaşdırmaq əsas şərtdir. Əks təqdirdə, müvafiq öhdəliklərin yanlış qiymətləndirilməsi nəticəsində sahibkarın maliyyə itkilərinə məruz qalması istisna edilmir. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən, malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar daxilolmalar gəlir hesab edilir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.

Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Bununla yanaşı, Vergi Məcəlləsində gəlirin növləri aşağıdakı kimi müəyyən edilib:


  1. Muzdlu işlə əlaqədar əldə edilən gəlir;

  2. Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;

  3. Vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa, digər bütün gəlirlər.


Vergi Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir.

Kompüter təmiri ilə məşğul olan fiziki şəxslərin həmin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən konkret olaraq dövlət büdcəsinə nə qədər vergi və sosial ödənişlər ödəməli olduğunu müəyyənləşdirək. Vergi Məcəlləsinə əsasən, sahibkarın ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödənilməlidir. Gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir, əks halda xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Fəaliyyət növləri üzrə yuxarıda qeyd edilənləri və Vergi Məcəlləsinin digər maddələrini nəzərə aldıqda məlum olur ki, hər bir sahibkar öz gəlirini müəyyən etdikdən sonra həmin gəlirdən icazə verilən xərcləri çıxır və bu Məcəllə ilə müəyyən edilmiş güzəşt və azadolmaları nəzərə almaqla aid olduğu vergi dərəcəsini tətbiq edərək, büdcə qarşısında öhdəliyinin təsbit edilməsinə nail olur. Kompüter təmiri fəaliyyəti üzrə vergi dərəcəsi (çıxılmasına icazə verilən xərclər çıxıldıqdan sonra) 20% olaraq müəyyən edilib.

İndi isə “Sosial sığorta haqqında” Qanuna əsasən, qeyd edilən fəaliyyət növünün sosial ödənişlərinin hansı meyarlara uyğun hesablanması məsələsinə baxaq. İlk öncə qeyd edək ki, burada müəyyən edilməli ilk vacib nüans bu fəaliyyət növü ilə məşğul olan şəxsin hansı ərazidə fəaliyyət göstərdiyi, həmin il üzrə minimum əməkhaqqı və fərdi, yaxud işçilər cəlb etməklə bu sahibkarlıqla məşğul olmasıdır. Bu halın aydınlaşdırılması ona görə vacibdir ki, büdcə qarşısında həm ödəmə mənbəyində tutulmalı olan vergi öhdəliklərinin, həm də məcburi dövlət sosial sığorta (MDSS) haqlarının dəqiq hesablanmasına nail olunsun. Qeyd edək ki, MDSS öhdəliklərinin hesablanması həm işçiyə, həm də sahibkarın özünə görə müəyyən edilmiş hesablama qaydası və əmsallarla müəyyən edilir. “Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar (sahibkarın özü) üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:


  • bu Qanunun 14.5.7-ci maddəsi istisna olmaqla, sahibkarlıq fəaliyyəti üzrə – 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50%-i, digər sahələrdə 25%-i miqdarının:


- Bakı şəhərində 100%-i;
- Sumqayıt və Gəncə şəhərlərində 90%-i;
- digər şəhərlərdə 80%-i;
- rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60%-i;
- kənd yerlərində 50%-i həcmində.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə d*ydü

Bütün xəbərlər
Bu gün, 10:50

24 yaşlı Sumqayıt sakini qəzada həlak oldu

Bütün xəbərlər
Bu gün, 10:20

Sumqayıtda "Mənim hüququm nədir?" mövzusunda inşa müsabiqəsi təşkil olunur

Bütün xəbərlər
Bu gün, 09:45

Toz, çirk və mazut qoxusu – Sumqayıt avtobuslarından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 09:12

Sərnişinlər qapıların bağlanmasına mane oldu, qatar gecikdi

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:40

"Ərazidə dayanmaq olmur": sumqayıtlılardan narazılıq

Bütün xəbərlər
Dünən, 18:20

Ceyranbatanda zibil həftələrlə küçədə qalır? - İDDİA

Bütün xəbərlər
Dünən, 18:09

Qoyun leşləri günlərdir ərazidən yığışdırılmır…

Bütün xəbərlər
Dünən, 17:42

Sumqayıtda velosiped və skuterlərin hərəkəti üçün yeni addım

Bütün xəbərlər
Dünən, 17:05

Müəllimlərə güzəşt - avtobus və metro 1 QƏPİYƏ

Bütün xəbərlər
Dünən, 16:35

Sumqayıtda tələbə qız ölü tapılıb

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıtda qadının dələduzluq sxemi: pensiya, iş və hərbi xidmətdən azadolma vədləri

Bütün xəbərlər
Dünən, 15:30

Tanış olduğu qadını aldadıb 96 min manatını aldı - Sumqayıtda film kimi cinayət

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtda maşın qaz xəttinə çırpılıb

Bütün xəbərlər
Dünən, 14:15

Nazir müavini tələbələrin geyim qaydalarından danışdı

Bütün xəbərlər
Dünən, 13:42

Sumqayıtda 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:07

"Tam Store" buna görə CƏZALANDIRILDI

Bütün xəbərlər
Dünən, 12:30

Ardıcıl dörd gün iş olmayacaq – TARİXLƏR

Bütün xəbərlər
Dünən, 12:00

Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıtlıları noyabrda maraqlı səma hadisəsi gözləyir - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:50

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 10:20

Novxanı yolunda ağır qəza - 5 nəfər yaralandı

İdman
Dünən, 09:41

"Sumqayıt" azarkeşlərinin nəzərinə: bu gün oyun var

Oxşar xəbərlər