Sumqayıt şəhərində küçə ticarətinə qarşı reyd keçirilib.
Məlumata görə, reydin keçirilməsində məqsəd şəhərdə nizam-intizamın qorunması, piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, eləcə də sanitar-gigiyena tələblərinin yaxşılaşdırılmasıdır.
Reyddə Sumqayıt şəhər İcra Hakimiyyətinin, Memarlıq və Şəhərsalma İdarəsinin, eləcə də Sumqayıt Bələdiyyəsinin əməkdaşları iştirak ediblər.
Video: Dünya Tv