Sumqayıtın sabaha olan hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 17-də arabir yağış yağacağı gözlənilir. Yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 14-16°, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu, nisbi rütubət isə 75-80% təşkil edəcək.