Sumqayıtda yaşayış evində partlayış baş verib. Bu haqda 3 iyul tarixində Sumqayıt24 Den.az-a istinadən məlumat verir.
Hadisə zamanı mənzildə olan 49 yaşlı Rəna Əliyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb. Partlayışa səbəb qaz sızmasının olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.