5-ci mikrorayonda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 19 iyulda Sumqayıt24 məlumat verir.
N.Nərimanov küçəsində “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək gül dükanına çarpılıb. Nəticədə 1 nəfər ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.