Sumqayıtda 3 uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə ötən gün gecə radələrində qeydə alınıb. Məlumatla əlaqədar əraziyə FHN-in xilasetmə qüvvələri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində nəzarətsiz qalmış uşaqlar xilas edilib.