Sumqayıt şəhərində yanğın baş verib.
Hadisə 13-cü mikrorayon ərazisində qeydə alınıb. Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, ev 1B-də yerləşən mənzillərin birində paltaryuyan maşının qoşulu olduğu elektrik yuvasında qısaqapanma baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Yanğın ətrafa yayılmamış söndürülüb. Xəsarət alan yoxdur.