İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) nəzdindəki Peşə Təhsil Mərkəzində qanvermə aksiyası keçirilib.
Sumqayıt24 xəbər verir ki, aksiya talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə təşkil olunub. Burada mərkəzin əməkdaşları və müəllim-pedaqoji heyəti ilə yanaşı "Azertexnolayn" MMC, "SOCAR Polymer" MMC, "AzerFloat" QSC, "Kartaş Kimya" MMC və "ATS Food" MMC-nin əməkdaşları da iştirak ediblər.
Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, eləcə də hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaqdır.