top
Sumqayıtda qazıntı işləri bitmək bilmir – RƏSMİ AÇIQLAMA
25 iyun 2026, 14:35
- ↺ +

Sumqayıtda qazıntı işləri bitmək bilmir – RƏSMİ AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yenidən kanalizasiya xətti adı ilə qazıntı işləri aparılır.

 

Sumqayit24.az-a müraciət edən vətəndaşlar bildiriblər ki, bundan əvvəl də həmin ərazinin sağ və sol hissələri qazılıb, yollar dağıdılıb, lakin işlər başa çatdıqdan sonra asfalt örtüyü bərpa edilməmişdi. Nəticədə həm piyadalar, həm də sürücülər uzun müddətdir narahatlıq və təhlükə ilə üz-üzə qalıblar.

 

İndi isə əvvəlki qazıntıların tam ortasında yenidən torpaq qazılır. İnsanlarda sual yaranır: əvvəllər görülən işlər nə idi və niyə bu qədər qısa müddətdən sonra eyni ərazi yenidən qazılır?

 

Məsələ ilə bağlı Sumqayit24.az-a açıqlama verən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin "Master Planı"na əsasən Sumqayıt şəhərinin və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə uyğun olaraq 595 kilometr uzunluğunda magistral və paylayıcı su xətlərinin, 460 kilometr uzunluğunda kanalizasiya kollektor və xətlərinin inşası nəzərdə tutulub:

 

"Sumqayıt şəhəri, Corat və Novxanı qəsəbələri, həmçinin bağ massivləri və istirahət mərkəzlərindən Xəzər dənizinə axıdılan tullantı suların qarşısını almaq məqsədilə 15,2 kilometr uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektoru inşa edilib, dənizə birbaşa çıxışı olan kanalizasiya xətləri bu kollektora birləşdirilib, 2 ədəd kanalizasiya nasos stansiyası tikilib. Ekoloji mühitin yaxşılaşdırılması məqsədilə icra olunan bu layihə sutkada 40 min kubmetr tullantı suyunun Sumqayıt tullantı sutəmizləyici qurğusuna ötürülməsini təmin edib.

 

Sumqayıt şəhərində kanalizasiya və yağış sularının idarə olunması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən yenidənqurma işlərinə başlanılıb. İlkin olaraq, "Acı dərə" kanalının trası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması həyata keçirilir.

 

Həmçinin "Yaşıldərə" yaşayış massivi və 76-cı məhəllə ərazisində formalaşan tullantı sularının idarə olunması istiqamətində şəhərin bir çox küçələrində kanalizasiya kollektor və xətləri inşa edilir. Mövcud xətlər yenilənir. Layihəyə uyğun olaraq tikinti-quruculuq işlərinin icrası başa çatdırıldıqdan sonra asfalt örtüyü bərpa ediləcək".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
Bu gün, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
Bu gün, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
Bu gün, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
Bu gün, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
Bu gün, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Bu gün, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
Bu gün, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
Bu gün, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
Bu gün, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
Bu gün, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
Bu gün, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
Bu gün, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
Dünən, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
Dünən, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Bütün xəbərlər
Dünən, 15:40

Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat

Bütün xəbərlər
Dünən, 14:57

Sumqayıtda yolun müəyyən hissəsinin zəbt edilməsinə etiraz

Oxşar xəbərlər