top
Sumqayıtda qız şagirdlər geyimə görə dərsdən qovulur?
12 dekabr 2025, 12:00
- ↺ +

Sumqayıtda qız şagirdlər geyimə görə dərsdən qovulur?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhəri, 39 nömrəli tam orta məktəbdə geyim qaydaları ilə bağlı yaranan narazılıq valideynlərin ciddi etirazına səbəb olub.

 

Geyimlə bağlı vahid standart olsa da, bu məktəbin öz daxili qaydaları var. İddialara görə, bu məktəbdə qız uşaqlarına şalvar geyinmək qadağandır.

 

Şikayətdə bildirilir ki, məktəb rəhbərliyi qız şagirdlərin şalvarla dərsə gəlməsinə qadağa tətbiq edir.

 

Valideynlərin sözlərinə görə, həmin geyimlər Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ümumi məktəb formalarına daxildir. Buna baxmayaraq, məktəb rəhbərliyi şalvar geyinən qızları dərsdən çıxarır və evə göndərir.

 

Şikayətdə qeyd edilir ki, hava şəraitinin kəskin soyumasına baxmayaraq, qız şagirdlər isti geyindiklərinə görə dərsdən kənarlaşdırılır və həmin gün üçün onlar üçün "qayıb" yazılır. Valideynlər bunu həm qanunsuz qərar, həm də uşaqların sağlamlığına biganə yanaşma kimi qiymətləndirirlər.

 

Valideynlər bildirirlər ki, digər məktəbdə şalvar geyinməyə icazə verilir və heç bir problem yaşanmır. Eyni qaydaların tətbiq olunmalı olduğu halda, 39 nömrəli məktəbdə qadağanın davam etməsi narazılıqları artırıb.

 

Sumqayıt şəhər 39 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirildi ki, vahid məktəbli formasına uyğun olaraq, pedaqoji şura tərəfindən valideynlərin rəyi nəzərə alınmaqla ağ və tünd göy rənglərindən ibarət olan forma nümunəsi seçilib. Məktəb rəhbərliyi tərəfindən qız şagirdlərin məktəbli formasına aid olan şalvardan istifadəsinə etiraz edilmir. Vətəndaşların şikayəti yarandığı təqdirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət edə bilərlər.

 

Ətraflı Xezerxeber.az-ın süjetində:

 

Son xəbərlər

İdman
Bu gün, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
Bu gün, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
Bu gün, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
Bu gün, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
Bu gün, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
Bu gün, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
Bu gün, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtda sürücülər doğum şöbəsinin yolunu zəbt edib?

Bütün xəbərlər
Bu gün, 12:26

Sumqayıtda binanın zirzəmisində acınacaqlı durum

Bütün xəbərlər
Bu gün, 11:38

Azərbaycanda gələn il bütün köhnə avtobuslar yenilənəcək

Bütün xəbərlər
Bu gün, 10:37

SDU rəhbər vəzifələrə işçi axtarır

Bütün xəbərlər
Bu gün, 10:02

Sumqayıt Apellyasiya Məhkəməsi qızına xəsarət yetirən atanın şikayətini təmin etmədi

Bütün xəbərlər
Bu gün, 09:15

SDU-da əcnəbi tələbələr üçün orientasiya görüşü keçirilib

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Dünən, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Dünən, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Dünən, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Oxşar xəbərlər