Sumqayıtda qurbağaların sayında artım müşahidə olunur.
Bu barədə Sumqayit24.az-a şəhər sakinləri məlumat veriblər.
Sakinlərin sözlərinə görə, Yaşma bağları ərazisində həyətlərdə, küçələrdə yağışlardan sonra qurbağaların sayı nəzərəçarpacaq dərəcədə artıb.
Vətəndaşlar qeyd edirlər ki, bu hal ərazidə gediş-gəlişi çətinləşdirib.