Sumqayıtda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Bildirilib ki, havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.