Sabaha olan hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 17 avqust tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 18-də Sumqayıtda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gündüz havanın qısa müddətə tutulacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Temperatur gecə 19-24°, gündüz isə 28-33° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60-65%, gündüz 40-45% təşkil edəcək.