Sumqayıtda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sumqayıt24 Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, avqustun 28-də şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.
Temperatur gecə 21-26°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 45-50% təşkil edəcək.