“Mən Pilotam” layihəsinin üzvləri dronlardan istifadə təlimlərində iştirak ediblər. Sumqayıt24 bu haqda 29 dekabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Layihəyə Sumqayıt şəhər Anar Şükürov adına 25 nömrəli məktəb ev sahibliyi edir. Proqramın rəhbəri Mehdiqulu Aslanovun sözlərinə görə, müharibə şagirdlərdə dronlara böyük maraq yaradıb. Burada uşaqlar maraqlı məlumatlar əldə ediblər. Həmçinin dronun istehsal qaydalarını və onu uçurmağı öyrəniblər.