Sumqayıtda məhəllələrin birində sağlam ağacların kəsildiyi iddia olunur.
Sumqayit24.az-a daxil olan məlumata görə, hadisə 4-cü məhəllə, Nizami küçəsində qeydə alınıb.
Vətəndaşın iddiasına əsasən, ərazidə sağlam ağaclar kökündən kəsilib.
"Bu gün, mayın 18-i səhər saatlarında sağlam ağacları kəsdilər. Görünür, bu ərazidəki bütün ağacları yeni tikili ilə əlaqədar kəsməyi planlaşdırırlar",- deyə sakin narahatlığını ifadə edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, yağışlı hava ilə bağlı bəzi ünvanlarda ağacların aşması müşahidə olunub, aidiyyəti qurum tərəfindən aşmış ağaclar götürülüb.