Sumqayıt-Tərtər, Sumqayıt-Şəki və Sumqayıt-Oğuz şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır.
Sumqayıt24 xəbər verir, sənədlər 21 sentyabr saat 17:00-a qədər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: (050) 855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təkliflərinə 4 Lot üzrə oktyabrın 11-də baxılacaq. Marşrutların qrafikləri məlumatı buradan əldə etmək olar.