Sumqayıt şəhər İcra Hakimiyyəti (İH) yanında yaradılmış Əlaqələndirmə Mərkəzində iclas keçirilib. Bu haqda 5 may tarixində Sumqayıt24 Sumqayitxeber.com-a istinadən məlumat verir.
Tədbirdə şəhər İH-nin məsul əməkdaşları, aidiyyəti qurumların əməkdaşları, şəhid ailələri, qazilər, iş adamları iştirak ediblər. Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədilə yaradılmış mərkəzin rəhbəri Gündüz Əliyev bildirib ki, ötən dövr ərzində məşğulluğun təmin olunması istiqamətində ciddi addımlar atılıb, müsbət nəticələr əldə olunub. Bir sıra problemlər aradan qaldırılıb.
Həmçinin şəhərdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması ilə bağlı işlərin daha səmərəli təşkil olunması məqsədilə yerli əlaqələndirmə komitəsi tərəfindən müvafiq dəyişikliklər edilib.