Sumqayıtda Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub. Bu barədə 27 sentyabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşları şəhid, XTQ-nin polkovnik-leytenantı Ramiz Cəfərovun ailəsi ilə görüşüblər. Ziyarət zamanı şəhidin həyat yoldaşı Ramizlə bağlı xatirələrindən və onun keçdiyi döyüş yolundan söz açıb. Kollektiv öz növbəsində ailəyə maddi və mənəvi yardım göstərib.
Cəfərov ümumi olaraq 40 gün ərzində bir sıra yaşayış məntəqələrinin, həmçinin əlverişli mövqelərin və strateji nöqtələrin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 6-da Şuşa istiqamətində döyüşərkən şəhidlik zirvəsinə ucalıb.