Bu gün ölkədə növbədənkənar parlament seçkiləri keçirilir. Seçki məntəqələri saat 19:00-dək açıq olacaq.
Sumqayıt24 xəbər verir ki, şəhərdə fəaliyyət göstərən seçki məntəqələrində seçici fəallığı müşahidə edilir. Burada 6 seçki dairəsi üzrə 210 məntəqə var. Məntəqələr üzrə qeydə alınan 273.698 nəfər seçicidən 2.499-u ilk dəfə səs verənlərdir. 3.641 nəfər seçici yaşlı nəslin nümayəndəsidir. Onlardan bir nəfərin yaşı 100-dən çoxdur.
Məntəqələrdə prosesi beynəlxalq müşahidəçilər də izləyir.