Sumqayıt şəhərində yerləşən "Central Park" restoranı girişə vurduğu qadağa lövhəsi ilə diqqət çəkib. Lövhədə qeyd olunub ki, məkana şortiklə daxil olmaq qəti qadağandır.
Ednews.net bununla bağlı açıqlama almağa çalışsa da, iaşə müəssisəsi yalnız sosial şəbəkələrdə yayılan məlumatların doğruluğunu təsdiqləməklə kifayətlənib. Restoran sahibi isə bu barədə heç kimə açıqlama vermək istəmir.
Qeyd edək ki, məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub.