Sumqayıtda su borusunda yaranan problem aradan qaldırılıb.
Xəbər verdiyimiz kimi, 49-cu məhəllə, Aşıq İmran küçəsində su boruları üzdə qalıb və yay-qış demədən tez-tez partlayır. Bu səbəbdən böyük həcmdə su boş yerə axıb gedir.
Paylaşımdan sonra həmin əraziyə Sumqayıt Sukanal İdarəsinin əməkdaşları cəlb olunublar. Aparılan təmir işlərindən sonra su israfının qarşısı alınıb.