Sumqayıt avtovağzalında maarifləndirmə aparılıb. Bu barədə 30 dekabr tarixində DünyaTV-yə istinadən xəbər veririk.
Baş Dövlət Yol Polis İdarəsi və Sumqayıtın Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sürücülərə hüquqları, eləcə də vəzifələri haqda bir daha məlumat veriblər. Onlara tibbi yoxlamadan keçmək, avtomobillərin texniki vəziyyətini nəzarətdə saxlamağın vacibliyi qeyd olunub. Bildirilib ki, sürücülərin istirahəti üçün respublika əhəmiyyətli yollarda stasionar postlar var.
Həmçinin sərnişinlərlə də maarfiləndirici görüşlər keçirilib.