Sumqayıtda traktorun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 23 iyul tarixində Sumqayıt24 Avtosfer.az-a istinadən məlumat verir.
Hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Hərəkətdə olan traktor “Kia” markalı avtomobilə çarpılıb. İddialara əsasən, qəzaya səbəb traktor sürücüsünün manevr qaydasını pozması olub.
Qəzadan sonra sürücülər arasında əlbəyaxa dava düşüb. “Kia” sürücüsü qarşı tərəfə anidən yumruq atıb. Əraziyə cəlb olunan yol polisi əməkdaşları vəziyyətə müdaxilə ediblər.