Sumqayıtda məhəllələrin birində yaranan vəziyyət ciddi narazılıqla qarşılanıb.
Sumqayit24.az-a daxil olan məlumata görə, 45-ci məhəllədə yerləşən marketlərdən birinin qarşısında bəzi taksi sürücüləri avtomobillərini avtobus dayanacağında saxlayırlar.
Nəticədə avtobus sürücüləri sərnişinləri ikinci zolaqdan mindirib-düşürməyə məcbur qalır.
Bu isə həm sərnişinlər üçün təhlükə yaradır, həm də yolda tıxacın meydana gəlməsinə səbəb olur.
Vətəndaşlar aidiyyəti qurumlardan mövcud problemin aradan qaldırılmasını tələb edirlər.