Sumqayıt Dövlət Universitetində (SDU) “Kainatda ədədlərin sirri” adlı tədbir keçirilib. Sumqayıt24 bu haqda 5 may tarixində xəbər verir.
Riyaziyyat fakültəsinin təşkil etdiyi tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub. Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Məftun Heydərova görüşün əhəmiyyətindən və kainatda ədədlərin sirrindən danışıb. O qeyd edib ki, sirli rəqəmlər tarix boyu insanlar üçün maraqlı olub:
“Rəqəmlər və ədədlər yalnız bir riyazi işarə deyil. Onların insan həyatında böyük rolu vardır”.
Daha sonra fakültə tələbələri musiqilər səsləndiriblər. Onların hazırladığı təqdimat və səhnəciklər nümayiş olunub.