Sumqayıtda fəaliyyət göstərən restoranın bacasından yayılan tüstü sakinlərin narazılığına səbəb olub.
Sumqayit24.az-a daxil olan məlumata görə, 18-ci mikrorayonda yerləşən restoranın bacasından tez-tez tüstü çıxdığı müşahidə olunur.
Yerli sakinlərin sözlərinə görə, xüsusilə axşam saatlarında, əsasən də toy mərasimləri keçirilən günlərdə tüstü daha intensiv olur və ərazidə hərəkət etmək çətinləşir.
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və mövcud problemin aradan qaldırılmasını xahiş edirlər.