Sumqayıt şəhəri, 76-cı məhəllədə uşaqların oynamaq üçün əlverişli şəraiti yoxdur.
Sumqayit24.az-a müraciət edən sakin bildirib ki, məhəllədə yaşayan uşaqlar zibilliklə dolu ərazini öz imkanları ilə təmizləyərək burada futbol meydançası yaratmağa çalışırlar.
Vətəndaş şəhər rəhbərliyinə müraciət edərək uşaqlar üçün kiçik futbol meydançasının salınmasına və ərazinin abadlaşdırılmasına kömək göstərilməsini xahiş edib.
"Uşaqlar heç olmasa boş vaxtlarını pis vərdişlərdən uzaq, idmanla keçirmək istəyirlər", – deyə sakin qeyd edib.