Sumqayıtda mikrorayonlardan birində sakinlər ağcaqanadların əlindən təngə gəlib.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, 18-ci mikrorayon 40 saylı binanın zirzəmisinə dolan çirkab sular səbəbindən ərazidə antisanitar vəziyyət yaranıb və həşəratların sayı artıb.
"Nə həyətdə, nə nə də evimizdə otura bilmirik. Körpə uşaqlar ağlaya-ağlaya qalıblar. Zirzəmiyə dolan çirkab sular nəticəsində ağcaqanadlar, xırda cücülər uşaqları dişləyir, evlərimizə dolur. Gəlib dərmanlayan, suyu çəkən, dərdimizə çarə qılan yoxdur", - deyə vətəndaş bildirib.
Mənbə: Sumqayıt xəbərləri