Sumqayıtda şəhid plakatı oğurlanıb. Bu barədə Sumqayıt24-ə 30 noyabr tarixində şəhidin həyat yoldaşından məlumat daxil olub.
Hadisə noyabrın 29-u gecə saatlarında baş verib. 4 nəfər naməlum şəxs 1-ci mikrorayon ərazisində yerləşən Vətən müharibəsi şəhidi Rahib Babayevin xatirəsinə quraşdırılmış plakatı oğurlayıblar. Şəhidin həyat yoldaşı bununla bağlı polis orqanlarına müraciət edib.
Şəhid Rahib Babayev vəzifə borcunu şərəflə yerinə yetirdiyi, döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə aşağıdakı medallar və ordenlə təltif edilib: