Sumqayıtda "Seçilmişlər" adlı tədbir keçirilib. Bu barədə 27 sentyabr tarixində Sumqayıt MKS-yə istinadən xəbər veririk.
M.Ə.Sabir adına kitabxana filialının əməkdaşları tərəfindən təşkil edilən tədbir Üfüq Tədris Mərkəzində baş tutub. Öncə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra müəssisə müdiri Miranə Allahverdiyeva çıxış edərək kitabxananın fondunda yer alan vətənpərvərlik mövzusunda yazılmış kitablardan ibarət “Vətən bölünməz, şəhidlər ölməz” adlı sərgi haqqında məlumat verib. Tədbirin sonunda şagirdlərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər dinlənilib.