Sumqayıtda yaşıllıq sahəsində yanğın hadisəsi baş verib.
Sumqayit24.az-a daxil olan məlumata görə, hadisə Nəsimi adına Mədəniyyət və İstirahət Parkında, "Göyərçin" abidəsinin yaxınlığındakı yaşıllıq sahəsində qeydə alınıb. Bildirilib ki, ərazidə yanğın başlayıb və ətrafda quru otların olması alovun yayılmasına səbəb olub.
Sakinlərin sözlərinə əsasən, yanğın nəticəsində yeni əkilmiş ağaclardan bir neçəsi yanaraq məhv olub. Yanğının başvermə səbəbi hələlik məlum deyil.
Hadisə zamanı mühafizə əməkdaşları alovun söndürülməsi istiqamətində ilkin tədbirlər görüblər. Daha sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.