Sumqayıt Kimya Sənaye Parkında polistirol qablaşdırma istehsalı üzrə yeni zavodun tikintisi başa çatıb.
Sumqayit24.az xəbər verir ki, layihəni həyata keçirən METAK şirkəti Cənubi Koreyanın VFK şirkəti ilə əməkdaşlıq sazişi imzalayıb. Razılaşmaya əsasən, VFK zavodun əsas texnoloji avadanlıqlarının təchizatı və quraşdırılmasını həyata keçirəcək.
Müəssisə fəaliyyətə başladıqdan sonra Azərbaycanda ilk dəfə olaraq polistirol qablaşdırma məhsullarının yerli istehsalı təşkil olunacaq. Hazırda bu məhsullara olan tələbat əsasən idxal hesabına ödənilir.