Sumqayıtda piyada qəza zamanı dünyasını dəyişib. Sumqayıt24 bu haqda 27 dekabr tarixində Daxil İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə dünən saat 19:00 radələrində 2-ci mikrorayon ərazisində baş verib. B.Süleymanov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən A. Qafarovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Polis İdarəsində araşdırma aparılır.