Sumqayıtda yanğın olub.
Hadisə dünən axşam saatlarında 1-ci mikrorayon ərazisində qeydə alınıb. Sumqayit24.az-a sakinlərdən daxil olan məlumata görə, yaşayış binalarının önündə olan tullantılarla dolu zibil konteyneri qəfil alışıb yanmağa başlayıb. Nəticədə ətrafı tüsü və üfunət bürüyüb.
Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları alovu söndürüblər.