Sumqayıt sakinləri Təmizlik Departamentindən şikayətçidirlər. Sumqayıt24 bu barədə 19 avqust tarixində xəbər verir.
Sosial şəbəkələrdə yayılan videoda görünür ki, zibil daşıyan maşınların vəziyyəti bərbaddır. Maşına yığılan tullantıların, əsasən də çürük meyvə-tərəvəzin suyu yola axıdılır. Həmin suyun izi və ətrafa yayılan qoxusu isə ancaq aylar sonra yoxa çıxır.