top
Sumqayıtdan Bakıya dənizlə gedə biləcəyik?
27 dekabr 2025, 10:30
- ↺ +

Sumqayıtdan Bakıya dənizlə gedə biləcəyik?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nəqliyyat sıxlığının artması fonunda Bakı–Sumqayıt istiqaməti üzrə dəniz nəqliyyatının mümkünlüyü yenidən müzakirə mövzusuna çevrilib. Maraqlıdır, bu marşrut real alternativ ola bilərmi, yoxsa dəniz daşımaları yalnız nəzəri və turistik xarakter daşıyır?

Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, dəniz daşımaları birbaşa hava şəraitindən asılı olduğu üçün stabil nəqliyyat növü sayıla bilməz. Onun sözlərinə görə, bu qeyri-sabitlik daşımalarda fasilələr yaradacaq və nəticədə qiymətlərə, eləcə də ümumi effektivliyə mənfi təsir göstərəcək:

"Dəniz nəqliyyatı daima subsidiya tələb edəcək. Hətta bu subsidiyalar zamanla daha da artacaq. Çünki sürət aşağıdır və bu da sərnişinlər üçün zaman baxımından əlverişli deyil".

Ekspert qeyd edib ki, Bakı–Sumqayıt marşrutu üzrə dəniz yolu ilə hərəkət təxminən 5–7 saat çəkə bilər. Halbuki hazırda dəmir yolu ilə bu məsafəni 40 dəqiqəyə qət etmək mümkündür. Rauf Ağamirzəyevin fikrincə, əsas diqqət dəniz daşımalarına yox, mövcud quru nəqliyyatının təkmilləşdirilməsinə yönəldilməlidir:

"Dəmir yolunda sərnişin və yük trafikini ayırmaq, intensivliyi artırmaq lazımdır. Bakı–Sumqayıt dəmir yolu faktiki olaraq yerüstü metro kimi səhər saat 6-dan gecə 12-yə qədər, 15–20 dəqiqəlik intervalla işləməlidir".

Ekspert əlavə edib ki, dəniz nəqliyyatı yalnız mövsümi və turistik marşrutlar üçün uyğun ola bilər. Bu sahədə təşəbbüslər daha çox özəl biznes tərəfindən reallaşdırılar. Dövlət səviyyəsində isə prioritet yeraltı və yerüstü quru nəqliyyatının inkişafı olmalıdır.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
Bu gün, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtda sürücülər doğum şöbəsinin yolunu zəbt edib?

Bütün xəbərlər
Bu gün, 12:26

Sumqayıtda binanın zirzəmisində acınacaqlı durum

Bütün xəbərlər
Bu gün, 11:38

Azərbaycanda gələn il bütün köhnə avtobuslar yenilənəcək

Bütün xəbərlər
Bu gün, 10:37

SDU rəhbər vəzifələrə işçi axtarır

Bütün xəbərlər
Bu gün, 10:02

Sumqayıt Apellyasiya Məhkəməsi qızına xəsarət yetirən atanın şikayətini təmin etmədi

Bütün xəbərlər
Bu gün, 09:15

SDU-da əcnəbi tələbələr üçün orientasiya görüşü keçirilib

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Dünən, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Dünən, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Dünən, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Dünən, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Dünən, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Dünən, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Dünən, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Dünən, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Oxşar xəbərlər