Sumqayıt sakinləri küçələrin işıqlandırılması məsələsindən şikayət edirlər.
Sumqayit24.az-a daxil olan məlumata görə, 49-cu məhəllə və 12-ci mikrorayonun kəsişməsində, eləcə də Çerkassı küçəsində işıq dirəkləri mövcud olsa da, işıqlandırma təmin edilmir.
"Axşamlar bura zülmət qaranlıq olur. Bu cür vəziyyət isə, xüsusilə yollar palçıq olan zaman hərəkətdə ciddi problem yaranır. Ərazidə açıq lüklər də var. Bundan əlavə, Çerkassı küçəsində hazırda təmir işləri həyata keçirilir və qazınıtı aparılmış açıq sahələr var. Bu isə sakinlər üçün əlavə risk yaradır", - deyə vətəndaş narahatlığını ifadə edib.
Şikayətçilər aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və mövcud problemin aradan qaldırılmasını tələb edirlər.